Ordu.az xəbər verir ki, bu barədə “Saab”ın açıqlamasında bildirilib.
Açıqlamaya görə, müqavilə ABŞ-nin BAE Systems şirkəti ilə imzalanıb və təxminən 148 milyon dollar büdcə ilə həyata keçiriləcək.
Sifariş edilən radarların dəqiq sayı açıqlanmayıb, lakin şirkət tədarükün 2027-ci ildə başlamasının planlaşdırıldığını bildirib.
Qeyd edək ki, “Giraffe” 4A “Saab” şirkəti tərəfindən hazırlanan, “Arthur” və “Giraffe” AMB radarlarının imkanlarını birləşdirən radardır.
“Giraffe” 4A həm sabit, həm də mobil konfiqurasiyalarda yerləşdirilə bilər. Radarın hədəf aşkarlama mənzili isə 400 kilometrdir.
Sevinc Əliyeva
Ordu.az