Yonhap: Cənubi Koreyanın sabiq müdafiə naziri intihara cəhd edib

2024/12/1733894104.jpg
Oxunub: 372     07:47     11 Dekabr 2024    
Koreya Respublikasının sabiq müdafiə naziri Kim Yon Hyun həbsxanada intihara cəhd edib.

Ordu.az xəbər verir ki, bu haqda Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə hazırda sabiq müdafiə nazirinin səhhəti normaldır.

Qeyd edək ki, sabiq nazir konstitusiya quruluşunu devirmək üçün üsyanda şübhəli bilinir.

Koreyada bu əməllər ömürlük azadlıqdan məhrum etmə və ya ölüm hökmü ilə cəzalandırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   MN  


Bizi "telegram"da izləyin