Suriyada müvəqqəti hökumət qurulub

2024/12/14341-1733892885.jpg
Oxunub: 480     00:40     11 Dekabr 2024    
Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb.

Ordu.az xəbər verir ki, bunu ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir bildirib.

Onun sözlərinə görə keçid hökuməti bir neçə nazirdən ibarətdir.

Əl-Bəşir müvəqqəti hökumətin 2025-ci ilin martına qədər fəaliyyət göstərəcəyini deyib.

O həmçinin qeyd edib ki, yeni kabinet formalaşana qədər müvəqqəti hökumət dövlətin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin