KİV: Həmas girovların siyahısını Misirə təhvil verib

2024/12/1733892563.jpg
Oxunub: 349     23:36     10 Dekabr 2024    
HƏMAS-ın Qəzza zolağında saxlanılan israilli girovların siyahısını Misir tərəfinə təhvil verdiyi iddia olunur.

Ordu.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin bildirdiyinə görə vasitəçilər hazırda Qəzzada atəşkəs sazişi bağlamaq üçün aktiv məsləhətləşmələr aparır və guya İsrailə qoşunlarını Filadelfiya dəhlizindən (Misir və Qəzza sərhədindəki ərazinin bir hissəsi) çıxarması üçün təzyiq göstərirlər.

Mənbələrin məlumatına görə, Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinə nəzarət Fələstin Milli Administrasiyasına keçməli olacaq.

Qeyd edək ki, nə HƏMAS, nə də Misir hökuməti girovların adları olan siyahının ötürülməsini hələlik təsdiqləməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Həmas   Misir   Girov  


Bizi "telegram"da izləyin