Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Quamın Andersen Hərbi Hava Qüvvələri bazasındakı şaquli buraxılış qurğusundan buraxılmış "Standard Missile-3 Blk IIA" raketi adanın şimal-şərqi sahillərindən 200 dəniz milindən çox uzaqlıqda Hərbi Hava Qüvvələrinin "C-17 Globemaster III" təyyarəsindən atılan ortamənzilli ballistik raketi tutub.
ABŞ Müdafiə Nazirliyi “düşmən” tərəfindən artan raket təhdidləri ilə əlaqədar Quamın müdafiəsini gücləndirməyə davam edəcəyini qeyd edib.
Ordu.az