Ərdoğan: "Suriya terrorçulardan təmizlənməlidir"

2024/12/1733845066.jpg
Oxunub: 627     19:28     10 Dekabr 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefonla danışıb.

Ordu.az xəbər verir ki, tərəflər regional və qlobal məsələləri, o cümlədən Suriyadakı son hadisələri müzakirə ediblər.

Ərdoğan Türkiyənin sülh, azadlıq, dialoq tərəfdarı olduğunu, Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edib.

"Suriya terrorçulardan təmizlənməlidir", - Türkiyə Prezidenti bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İtaliya  


Bizi "telegram"da izləyin