Braziliyanın vitse-prezidenti Lula da Silvanın səlahiyyətlərini müvəqqəti icra edəcək

2024/12/1733834174.jpg
Oxunub: 592     16:14     10 Dekabr 2024    
Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Globo" qəzeti məlumat yayıb.

Məlumata görə, vitse-prezident artıq bu gün Braziliyada Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşdə Lula da Silvanı təmsil edəcək.

Qeyd edək ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva baş ağrısı səbəbindən ötən gün axşam müayinə üçün xəstəxanaya yerləşdirilib. MRT müayinəsi zamanı oktyabrın 19-da baş vermiş bədbəxt hadisə nəticəsində kəllədaxili qansızma aşkarlanıb. Bundan sonra o, xəstəxananın paytaxt filialından San-Pauluya köçürülüb və hematomaya drenaj qoymaq üçün kəllə sümüyünün trepanasiyası həyata keçirilib. Əməliyyat uğurla başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Vitse-prezident  


Bizi "telegram"da izləyin