Ordu.az xəbər verir ki, “ARES Shipyard” dəniz külək stansiyalarına dəstək əməliyyatları üçün 4 ədəd “Njord Offshore” 32 CTV-dən 3-nü uğurla təhvil verib.
“Incat Crowther” tərəfindən dizayn edilən, 32 metr uzunluğunda olan “Njord Offshore” 32 CTV xüsusi olaraq sahildən uzaqda yerləşən dəniz külək stansiyası bölgələrindəki əməliyyatlar üçün hazırlanıb.
“Njord Offshore” 32 CTV üstün dəniz imkanları ilə açıq dənizlərdə ən yüksək performansı təmin etmək üçün nəzərdə tutulub.
6 ekipaj və 31 sərnişin tutumuna malik bu gəmilər dəniz külək stansiyalarına texniki qulluq və ekipajın daşınması üçün tələb olunan etibarlı dəstəyi təmin etmək üçün inşa edilib.
Sevinc Əliyeva
Ordu.az