Erməni ekspert: “Tramp İsrail tərəfdarıdır, İsrail və Türkiyə isə müttəfiq kimi çıxış edir, bu, Ermənistan üçün çox pisdir”

2024/12/1733818345.jpg
Oxunub: 453     10:21     11 Dekabr 2024    
“Suriyada Əsəd rejiminin devrilməsi qüvvələrin böyük dəyişikliyidir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Stenford Universitetinin siyasi elmlər doktoru, erməni ekspert Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, Suriyanın 70-ci illərdən bəri hökuməti var idi, bu, Əsəd sülaləsi idi.

“İndi bu dəyişdi. Bu, Türkiyə və İsrail üçün böyük qələbə idi. Onların birlikdə hərəkət etdiyini görürük. İsrail artıq Suriya ərazisinə, Colan təpələrinə hücum edib, Suriyanı bombalayır. Onlar müttəfiqdirlər. Bu ittifaq - İsrail, Türkiyə, Azərbaycan ermənilərə qarşı fəaliyyət göstərib. Bu ittifaq bizi Qarabağda məğlubiyyətə apardı, indi Suriyada da eyni şeyi edirlər”, - deyə Xaçikyan qeyd edib.

Xaçikyan bildirib ki, Tramp İsrail tərəfdarıdır, İsrail və Türkiyə isə müttəfiq kimi çıxış edir, bu, Ermənistan üçün çox pisdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Türkiyə   Ermənsistan  


Bizi "telegram"da izləyin