Ordu.az xəbər verir ki, Livornoda keçirilən və İtaliya prezidenti Sercio Mattarellanın da qatıldığı mərasimdə İtaliya HDQ-nin yeni helikopterlə təchiz edilmiş çoxməqsədli amfibiya gəmisi “Trieste” rəsmi olaraq xidmətə verilib.
İtaliyanın müdafiə naziri Quido Krosetto gəminin istismara verilməsi mərasimindəki çıxışında deyib: “Bu, İtaliya HDQ-nin indiyə qədər sahib olduğu ən böyük gəmidir. Bu, bizim təhlükəsizlik və çəkindirmə potensialımızı artıran gəmidir”.
Krosetto bildirib ki, “Trieste” gəmisi ölkənin müdafiəsinə xidmət edəcək və onun çəkindirmə qabiliyyətini artıracaq.
Sevinc Əliyeva
Ordu.az