Ordu.az xəbər verir ki, “OpenAI” milli təhlükəsizlik missiyaları üçün qabaqcıl Süni Zəka (SZ) həlləri hazırlamaq üçün ABŞ-nin müdafiə texnologiyaları şirkəti “Anduril” ilə əməkdaşlıq etdiklərini açıqlayıb.
“OpenAI” öz biznes sahəsini inkişaf etdirir və müxtəlif şirkətlərlə əməkdaşlıq edərək, yeni biznes sahələrində iştirak edirdi. Şirkətin hazırkı addımı müdafiə sektorudur.
Müdafiə şirkəti “Anduril” tərəfindən verilən açıqlamada şirkətin SZ-də ABŞ-nin liderliyini inkişaf etdirmək, ABŞ və müttəfiq qüvvələrini qorumaq üçün “OpenAI” ilə əməkdaşlıq edəcəyi bildirilib.
Açıqlamada iki şirkətin milli təhlükəsizlik missiyaları üçün qabaqcıl SZ həllərini inkişaf etdirmək və məsuliyyətlə həyata keçirmək üçün strateji tərəfdaşlıq quracağı qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az