Tramp öz qərarı ilə azı dini-siyasi məzmunlu müəyyən simvolikliyi nümayiş etdirir. Tramp yəqin ki, özünü "böyük xristian lideri" kimi göstərməyə çalışır. Burada, həmçinin onun seçkiqabağı bir addımı da maraqlıdır. Söhbət erməni katolikos Birinci Aramla noyabrın 5-də keçirilən seçkilərdən qısa müddət əvvəl telefon danışığından gedir. Erməni katolikos hazırda Dünya Kilsələri Şurasının prezidentidir.
Bu Şura onlarla xristian kilsələrini və 400 milyondan çox xristianı birləşdirir. Trampın səfərinin digər mühüm siyasi tərkibi ondan ibarətdir ki, o, əslində ilk səfərini Fransa - Avropa siyasətində xüsusi rol oynayan bir ölkəyə edir ki, o da hazırda uzunmüddətli siyasi böhran içindədir. Üstəlik, Trampın səfərinə hazırlıq olaraq bu böhranın yeni mərhələsi başlayıb, Fransa parlamentinin aşağı palatası mühafizəkar baş nazir Mişel Barnye hökumətinə etimadsızlıq göstərib. Burada diqqətəlayiq iki məqam var.
Tramp özü siyasi mövqeyi ilə əslində mühafizəkar sahədədir. Digəri isə odur ki, Barnye hökumətinə etimadsızlıq məsələsində Fransa parlamentinin aşağı palatasında solçular və ifrat sağçılar birləşiblər. İfrat sağçılar olmadan solçuların sayı hökumətə etimadsızlıq üçün kifayət etməzdi. İndi hər iki qüvvə prezident Makronu da istefa verməyə çağırır. Makron bildirib ki, o, istefa verməyəcək və müddətin sonuna qədər - 2027-ci ilədək vəzifədə qalacaq. Buna baxmayaraq, prezident Makron Donald Trampı siyasi böhran şəraitində qarşılayacaq ki, bu da bənzər görüşlər üçün yaxşı vəziyyət deyil.
Digər tərəfdən, Trampın səfəri onun Makrona dəstək verdiyini və əslində onun prezidentliyini 2027-ci ilədək dəstəklədiyini bildirə bilərmi? Əgər Tramp bu addımı atsa, bəlkə də Fransa prezidenti öz fəaliyyəti ilə Donald Trampın administrasiyasının yanaşmalarına zidd addımlar atmayacaq. Fransa siyasi böhran səbəbindən bu vəziyyətə davam gətirmək üçün böyük imkana sahib deyil, xüsusilə də Fransa iqtisadi imkanlarının da kifayət qədər məhdud olduğu bir dövdədir.
Bu narahatlıqla Fransa prezidenti son günlərdə Səudiyyə Ərəbistanına səfər etmişdi, orada şahzadə Ben Salmanla Fransanın iqtisadiyyatına Səudiyyə investisiyalarının əhəmiyyətli dərəcədə artırılması və strateji tərəfdaşlıq imkanlarını müzakirə etmişdi. Səudiyyə şahzadəsi Baydenlə olduqca pis münasibətdə idi, hətta onun zənginə cavab vermirdi, amma Baydendən əvvəl Trampın prezidentliyinin ilk dövründə onunla olduqca səmimi münasibətlərdə idi.
Asif Cəfərov
Ordu.az