Fransa HHM üçün “Scania Vampire” sistemlərini yerləşdirir

2024/12/1733560787.jpg
Oxunub: 425     11:09     14 Dekabr 2024    
Fransa ordusu Hava Hücumundan Müdafiə (HHM) imkanlarının modernləşdirilməsi çərçivəsində “Scania Vampire” sistemini işə salacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Fransada yerləşən müdafiə istehsalçısı SIMMT-nin koordinasiyası ilə Fransa Ordusu Texniki İdarəsi tərəfindən hazırlanan “Scania Vampire” sisteminin ordunun zenit əməliyyatları üçün “Mistral” raket sistemini dəstəkləyəcəyi gözlənilir.

“Scania Vampire” “Mistral” raketlərinin atışını asanlaşdıran “Pamela” sistemini daşımaq üçün xüsusi olaraq hazırlanmış ən müasir vasitədir.

Fransa ordusunun bildirdiyinə görə, bu yeni sistem Fransa ordusunun HHM bölmələrinin hərəkətliliyini və reaksiya qabiliyyətini artırmaq və hava təhdidlərinə qarşı daha böyük müdafiəni təmin etməyi hədəfləyir.

Məlumata görə, layihə rəsmi olaraq 2023-cü ilin dekabrında başladılıb. Bir ildən az müddətdə, 2024-cü ilin noyabrında “Scania Vampire” ilk “Mistral” raket sınağını uğurla başa vurub və orduya təhvil verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   HHM  


Bizi "telegram"da izləyin