Türkiyə Jandarma Aviasiyas girokopterdən məmnun qaldı, park 9 platformaya yüksəldi

2024/12/1733557261.jpg
Oxunub: 574     16:10     10 Dekabr 2024    
2023-cü ildə Türkiyə Jandarma Aviasiyası tərəfindən inventara qəbul edilən girokopter tipli hava platformalarının sayı parka 6 ədəd “Cavalon Sentinel” tipli girokopterin əlavə edilməsi ilə 9-a yüksəlib.

Ordu.az xəbər verir ki, yerli kamera sistemlərinin inteqrasiya edildiyi girokopterlərlə əsasən avtomobil yollarına nəzarət həyata keçiriləcək.

Təxminən iki il əvvəl Türkiyə Jandarma Baş Komandanlığı çox mühüm bir addım ataraq, mövcud helikopter və təyyarə parkına mülki məqsədlər üçün nəzərdə tutulmuş və daha az əməliyyat xərcləri təklif edən girokopter tipli hava platformaları sifariş edib.

Almaniyada yerləşən, bu bazarın aparıcı şirkətlərindən biri olan “AutoGyro”dan alınan hava platformaları Türkiyəyə gətirilib, qısa müddətdə pilotluq və texniki heyət hazırlığına başlanılıb.

Bu müddət ərzində 3 girokopterlə 5 min saatdan çox uçuş həyata keçirilib. İki nəfərlik hava platforması havadan komanda-idarəetmə və müşahidə uçuşları, eləcə də uçuş təlimləri üçün istifadə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Jandarma  


Bizi "telegram"da izləyin