Türkiyədən dördlü döyüş təyyarəsi planı! Qərbdən “Kaan” və F-35-li analiz

2024/12/1733484785.jpg
Oxunub: 666     16:32     12 Dekabr 2024    
Türkiyənin ABŞ ilə apardığı F-16 və F-35 danışıqlarını yaxından izləyən Qərb mediası “Eurofighter” döyüş təyyarəsi və “Kaan” milli döyüş təyyarəsinə də işarə edərək, Türkiyənin öz Hərbi Hava Qüvvələrini (HHQ) 4 müxtəlif növ 4,5 və 5-ci nəsil döyüş təyyarələri ilə təchiz etməyi planlaşdırdığını yazıb.

Ordu.az xəbər verir ki, Türkiyənin 79 ədəd F-16 modernləşdirməsindən imtina etməsi dünyanın diqqətini çəkərkən, Qərb mətbuatı “Kaan”, F-35, F-16 və “Eurofighter” haqqında təəccüblü təhlil yazısı təqdim edib.

Qeyd edilib ki, Türkiyə öz HHQ-sini “Kaan” da daxil olmaqla, 4 müxtəlif tipli 4,5 və 5-ci nəsil döyüş təyyarələri ilə təchiz etməyi planlaşdırır.

Məqalədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin bu sözləri sitat gətirilib:

“Amerikalılar “Kaan” hazırlaya biləcəyimizi və onun uçduğunu görəndə, F-35 haqqında fikirləri bir az dəyişdi. İndi onlar F-35 də verə biləcəklərini bildirirlər. Biz F-35 almaq istəyimizi bildirdik. F-16 “Blok 70” tədarükü çərçivəsində ilkin ödəniş edildi. 1,4 milyard dollar sərmayə qoymuşuq. Bununla 40 ədəd F-16 “Blok 70 Viper” təyyarəsi alacağıq. 79 ədəd də modernizasiya edəcəkdik, lakin bundan imtina etdik. İmtina etdik, çünki TUSAŞ obyektlərimiz bu F-16 modernizasiyasını özləri həyata keçirməyə qadirdir. Ona görə də onları ora köçürdük. 40 təyyarə alacağıq”.

Bildirilib ki, Gülərin açıqlamaları Türkiyə HHQ-nin dönüş nöqtəsində olduğunu göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qərb   Kaan  


Bizi "telegram"da izləyin