Suriya ordusu Həma vilayətinin şimalında müdafiəni gücləndirib

2024/11/1732993129.jpg
Oxunub: 658     00:07     01 Dekabr 2024    
Suriya ordusu Həma vilayətinin şimal sərhədində müdafiəni gücləndirib.

Ordu.az-ın məlumatına görə, bu barədə Suriya Silahlı Qüvvələrinin Baş Komandanlığı bildirib.

Qeyd olunub ki, terrorçuların ora sızması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.

"Silahlı terror təşkilatlarının Həma vilayətinin şimalında <...> şəhərlərə sızması ilə bağlı səhifə və platformalarda yayılan xəbərlər həqiqətə uyğun deyil", - deyə bildirilib.

Suriya Baş Komandanlığı silahlı qüvvələrin “müdafiə xəttini gücləndirdiyini” və “istənilən mümkün hücumu dəf etməyə” tam hazır olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Həma  


Bizi "telegram"da izləyin