Kallas Aİ-Türkiyə münasibətlərini müzakirə etmək üçün Ankaraya səfər edəcək

2026/06/1780328443.jpg
Oxunub: 272     00:41     29 İyun 2026    
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas 29-30 iyun tarixlərində qurumun Genişlənmə üzrə komissarı Marta Kos və daxili işlər və miqrasiya üzrə Maqnus Brunner ilə birlikdə Türkiyəyə səfər edəcək.

Ordu.az "Report"a istinadən xəbər verir ki, Avropa nümayəndə heyəti Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparacaq.

Məlumata görə, bu, Kallasın Avropa diplomatiyasının rəhbəri kimi Türkiyəyə ikinci rəsmi səfəri olacaq və bu səfər 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitindən əvvəl baş tutacaq.

Tərəflər Aİ ilə Türkiyə arasındakı münasibətlərin vəziyyətini, pisləşən beynəlxalq vəziyyət kontekstində ortaq çətinlikləri, eləcə də Aİ-yə namizəd ölkə və NATO müttəfiqi kimi Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Mövcud səfər, Brüsselin qanunsuz miqrasiyanın qarşısının alınması, eləcə də regional təhlükəsizlik və xarici siyasət məsələləri daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığı vacib hesab etdiyi Ankara üçün mühüm siyasi siqnal kimi qəbul edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas     Türkiyə  


Bizi "telegram"da izləyin