Ordu.az xəbər verir ki, bu barədə "Politiken" qəzeti məlumat yayıb.
"ABŞ Qrenlandiyada əvvəllər məlum olduğundan daha geniş ərazini çirkləndirib. Bu, "Politiken" tərəfindən dünyanın ən böyük adasında ən azı 36 keçmiş ABŞ bazası və hərbi qurğusunda aparılan araşdırmanın nəticələrinə əsasəndir", - deyə nəşr bildirib.
Konkret olaraq, jurnalistlər keçmiş Amerika bazalarında yüzlərlə paslı dizel yanacağı çəlləyi aşkar ediblər. Həmçinin ərazilərdə milyonlarla litr yüngül radioaktiv su, köhnə borular və kabellər, avtomobil akkumulyatorları və ətraf mühitə zərərli ola biləcək digər tullantılar da qalıb. Nəşrin məlumatına görə, tullantıların ümumi həcmi bir neçə min tona çatır.
Məqalə müəlliflərinin qeyd etdiyi kimi, amerikalılar tərəfindən atılan tullantılarda ağır metallar da daxil olmaqla müxtəlif zərərli maddələr var. Bu maddələr ətraf mühitə, o cümlədən Qrenlandiya sahillərindəki dəniz məhsullarına və digər dəniz canlılarına zərər verir.
Ordu.az