Silahlılar Suriyanın İdlib vilayətində mühüm məntəqələri ələ keçiriblər

2024/11/1732992079.jpg
Oxunub: 720     22:33     30 Noyabr 2024    
Suriyadakı silahlılar Hələblə qonşu olan İdlib vilayəti ərazisinə doğru irəlilədiklərini elan ediblər.

Ordu.az-ın məlumatına görə, onların baş komandanlığının "Əl-Fəth əl-Mubin" teleqram kanalı xəbər verir ki, üsyançı qruplar, o cümlədən Heyət Təhrir əş-Şam terror təşkilatı vilayətin cənubunda və şərqində 25 yaşayış məntəqəsini nəzarətə götürüb. Ələ keçirilən ərazilərin ümumi sahəsi təxminən 388 kvadrat kilometrdir.

Bildirilib ki, döyüşçülər əvvəllər silahlıların nəzarətində olan İdlibin cənubundakı eyniadlı bölgənin inzibati mərkəzi olan Maarat ən-Numan şəhəri üzərində nəzarəti ələ keçiriblər. Bildirilib ki, bu, vilayətin üsyançılar tərəfindən tam ələ keçirilməsi deməkdir.

Həmçinin üsyançıların İdlibin şərqində yerləşən Şeyx-İdris, Əl-Rayyan, Tal-Debs və Əl-Qanayis kəndlərinə də nəzarəti ələ keçirdikləri və döyüşlərin davam etdiyi bildirilib.

Ərəb mənbələrinin məlumatına görə, üsyançılar İdlibin şərqində Əbu əl-Duhur hərbi hava limanını ələ keçiriblər. Bu obyekt hökumət qüvvələrinin mühüm qalası hesab olunur. Bundan əlavə, silahlılar İdlibdən təqribən 15 km cənub-şərqdə yerləşən strateji əhəmiyyətli Saraqib şəhərini nəzarətə götürüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib  


Bizi "telegram"da izləyin