Hindistan nüvə başlığı daşıya bilən K-4 ballistik raketini sınaqdan keçirib

2024/11/1732945185.jpg
Oxunub: 462     11:07     30 Noyabr 2024    
Hindistan Benqal körfəzində nüvə sualtı qayığından təxminən 3500 km məsafədə nüvə silahı daşıya bilən ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Hindistan bu sınaqla qurudan, havadan və sualtı qayıqlardan nüvə raketləri atmağa qadir ölkələr kateqoriyasına daxil olub.

Bildirilib ki, K-4 raketi Hindistanın Visakhapatnam sahillərində INS “Arighaat” sualtı qayığında sınaqdan keçirilib.

Hindistanın müdafiə mənbələri sınağın uğurla keçdiyini və raketin istənilən hədəfə problemsiz çatdığını açıqlayıb.

Rəsmilər bunun sualtı qayıqlardan buraxılan ballistik raketin (SLBM) ilk sınağı olduğunu və bərk yanacaqla işləyən raketin son bir neçə ildə ən azı 5 dəfə sualtı platformalardan sınaqdan keçirildiyini açıqlayıblar.

Sınağın keçirildiyi “Arihant” sinfinə məxsus ikinci sualtı qayıq olan INS “Arighaat” Hindistanın nüvə çəkindiriciliyini gücləndirmək üçün avqustun 29-da Hindistan Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   K-4  


Bizi "telegram"da izləyin