Ordu.az xəbər verir ki, bu barədə Estoniyanın milli elektrik şəbəkəsi operatoru “Elerinq”in bəyanatında deyilir.
Qeyd olunub ki, hazırda, Estoniya, Latviya və Litvada elektrik cərəyanının tezliyi Rusiyada mərkəzləşdirilmiş şəkildə nəzarət edilən IPS/UPS sistemilə fəaliyyət göstərir.
“Kontinental Avropa sistemi ilə sinxronizasiya Baltikyanı ölkələrə müstəqil, sabit və etibarlı tezlik nəzarətini həyata keçirməyə və regionun enerji təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək. 8 fevral 2025-ci ildə Baltikyanı ölkələr IPS/UPS sistemi ilə enerji təchizatını kəsəcək və enerji adası rejimində öz enerji sistemlərinin birgə sınaqlarına başlayacaq. Baltikyanı ölkələrin elektrik sistemlərinin kontinental Avropa sistemi ilə sinxronlaşdırılması 9 fevral 2025-ci ildə baş tutacaq”.
Vurğulanıb ki, sinxronizasiya Avropa İttifaqı tərəfindən dəstəklənəcək. Aİ sinxronizasiyaya təxminən 1,2 milyard avro xərcləyəcək ki, bu da layihənin ümumi dəyərinin təxminən 75%-ni təşkil edəcək.
Ordu.az