Rusiyalı analitik: “Azərbaycanın Arazdəyənə səfərinə görə Dudaya ünvanladığı etiraz notası Aİ-yə Cənubi Qafqazda demarşdır”

2024/11/1732863927.jpg
Oxunub: 609     09:40     30 Noyabr 2024    
“Bakının etiraz notası birbaşa Polşa prezidentinin bu addımına (Ermənistana səfər etməsinə-red.) hesablanıb, əslində isə onun gizli ünvançısı var”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi-siyasi analitik Aleksandr Xramçixin deyib.

Onun sözlərinə görə, həmin ünvançı isə Avropa İttifaqı (Aİ) və Qərbdir.

Rusiyalı hərbi-siyasi analitik vurğulayıb ki, Azərbaycanın Arazdəyənə səfərinə görə Dudaya ünvanladığı etiraz notası Aİ-yə Cənubi Qafqazda demarşdır.

“Azərbaycan həmin missiyanı regiondan çıxarmaq istəyir və öz mövqeyini son məqsədə çatdırmaq üçün bütün mümkün imkanlardan istifadə edir. Düşünürəm ki, Polşa prezidentinin müşahidəçilərlə görüşü bir daha Aİ istiqamətində demarş etmək, Aİ-nin Cənubi Qafqazda mövcudluğuna qəti şəkildə qarşı çıxmaq imkanı idi. Ermənistan isə öz növbəsində sərhədin demarkasiyası prosesini əsas götürərək, müşahidəçilərin yerləşdirilməsi coğrafiyasında bəzi dəyişikliklər etməyə razılaşıb. Bu, təbii ki, bu məsələdə həm Moskvanın, həm də Tehranın ictimai mövqelərini nəzərə alan Azərbaycana daha çox inam verib” - deyə Xramçixin qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Arazdəyən  


Bizi "telegram"da izləyin