“Oreshnik”in “xaç atası” RS-26 “Rubezh” nəyə qadirdir? – FOTOLAR

2024/11/1732858786.jpg
Oxunub: 1425     21:38     30 Noyabr 2024    
Artıq məlum olduğu kimi, Rusiyanın Ukraynaya son hücumunda istifadə etdiyi “Oreshnik” raketinin qitələrarası ballistik raket (ICBM) sinfinə aid olmadığı bəlli olub. Bununla belə, bu raket texniki olaraq ICBM-dən əldə edilib və nüvə sərhədindən aşağı uzun mənzilli hücum imkanlarına malikdir.

Pentaqon “Oreshnik”in RS-26 “Rubezh” bazasında olduğunu təsdiqləyib və buraxılışdan əvvəl ABŞ-nin “nüvə riskinin azaldılması kanalları” vasitəsilə məlumatlandırıldığını açıqlayıb. Bu, Rusiyanın müharibə başlayandan bəri istifadə etdiyi ən güclü və uzun mənzilli raket növü kimi qeydə alınıb.


Bəs RS-26 “Rubezh” raketinin xüsusiyyətləri nədən ibarətdir?

Qitələrarası ballistik raketlər adətən nüvə başlıqları daşıyan və strateji çəkindirici silah kimi istifadə edilən vasitələrdir. Qərb raket mütəxəssislərinin fikrincə, həm konvensional, həm də nüvə döyüş başlıqlarını daşıya bilən RS-26 əvvəllər döyüşlərdə istifadə olunmayıb. Onun səs sürətindən 5 dəfə çox sürətlə uçduğu və bunun Kiyevin ABŞ-dan aldığı “Patriot” raket sistemlərinin RS-26-nı vurmasını çətinləşdirdiyi deyilir.

RS-26 “Rubezh” Rusiyanın quru əsaslı mobil strateji raket sistemi kimi seçilir. Qitələrarası ballistik raket (ICBM) kimi dizayn edilən RS-26 “Rubezh” “Yars” raket layihəsinin təkmilləşdirilmiş versiyasıdır. “Yars” layihəsi “Topol-M” raket kompleksinin modifikasiyası kimi ortaya çıxdı. Bu raket təkmil manevr qabiliyyətinə malik döyüş başlıqları ilə raketdən müdafiə sistemlərini üstələmək qabiliyyətinə malikdir.


RS-26 termonüvə döyüş başlığı daşıya bilməsi ilə yanaşı, hipersəs “Avangard” vasitəsilə ilə də uyğun bir şəkildə işləyə bilir. Bu xüsusiyyət onu təkcə strateji raket deyil, həm də müasir müharibədə çoxyönlü təhdid vasitəsi edir. RS-26 ilk dəfə 2012-ci ildə “Plesetsk” kosmodromundan buraxılıb və 5800 km uzaqlıqdakı “Kura” Raket Sınaq Sahəsinə düşüb.

RS-26 “Rubezh”in texniki xüsusiyyətləri

Çəki: 36,000 kiloqram (80,000 lb)
Başlıq: Hər biri 150/300 kiloton tutumlu 4 ədəd müstəqil hədəfləmə qabiliyyətinə sahib MIRV
Mühərrik: Bərk yanacaqlı (Son mərhələ və ya döyüş başlığı bloku maye yanacaq ola bilər)
Yanacaq növü: Bərk yanacaq, son mərhələ (üçüncü və ya dördüncü) və ya döyüş başlığı bloku maye yanacaqla işləyə bilər
Mənzil: Sınaqlarda 6.000/5.800 km
Uçuş hündürlüyü: Bir neçə on kilometr
Maksimum sürət: “Mach 20”dən yuxarı (24.500 km/saat)
Yönləndirmə sistemi: Ətalətli yönləndirmə sistemi və GLONASS
Dairəvi Sapma Ehtimalı (CEP): 90-250 metr


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Oreshnik  


Bizi "telegram"da izləyin