Rusiya ordusu Xarkovu bombalayıb, yaralananlar var

2023/12/xarko-1703836929.jpg
Oxunub: 518     14:10     25 Noyabr 2024    
Rusiya ordusu Xarkovun mərkəzini bombalayıb.

Ordu.az “Unian“a istinadən xəbər verir ki, yaralananların sayı 23 nəfərə çatıb.

S-400 raketi ilə Xarkova bugünkü zərbə nəticəsində 40-dan çox yaşayış binası zədələnib.

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkovda raket zərbəsindən sonra xilasetmə əməliyyatının keçirildiyini bildirib.

Onun sözlərinə görə, Rusiya kütkləvi surətdə zərbə dronları ilə Zaporojyeyə hücum edib, nəticədə bir uşaq yaralanıb.

Eyni zamanda, Odessa da hücuma məruz qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Xarkov  


Bizi "telegram"da izləyin