Yunanıstanın araşdırma fəaliyyətləri zamanı Türkiyənin bölgəyə freqatlar yerləşdirdiyi iddia edilib

2024/11/2024--1732523320.jpg
Oxunub: 543     13:39     25 Noyabr 2024    
Yunanıstanın araşdırma fəaliyyətləri zamanı Türkiyənin bölgəyə freqatlar yerləşdirdiyi iddia edilib.

Ordu.az “Greek Reporter”ə istinadən xəbər verir ki, Yunanıstanın araşdırmaları zamanı Türkiyə bölgəyə freqat göndərib.

“Yunanıstan və Türkiyə arasındakı “pozitiv gündəm” cümə axşamı Cənubi Egey dənizindəki Kasos və Karpatos boğazları yaxınlığında 4 Türkiyə freqatının yerləşdirilməsindən sonra qısa müddətə kəsilib”, - deyə xəbərdə qeyd edilib.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin bölgəyə çatmasından sonra Yunanıstanın da müvafiq bölgəyə qayıq və freqatlar göndərdiyi, lakin gəmilərin bir-birinə yaxınlaşmadığı bildirilir.

Xəbərə görə, “böhran” diplomatik kanallar vasitəsilə tez bir zamanda aradan qaldırılıb, Türkiyə hərbi gəmiləri günün gec saatlarında bölgəni tərk edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Yunanıstan  


Bizi "telegram"da izləyin