Ordu.az xəbər verir ki, prezident Kasım-Jomart Tokayev hökumətə və təhlükəsizlik qüvvələrinə regional gərginliyin artması fonunda hərbi və mülki infrastrukturun təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyi tapşırıb.
Tokayevin göstərişi Putinin Ukraynaya qarşı yeni “Oreshnik” RS-26 uzun mənzilli ballistik raketindən istifadə etməklə hədələyən bəyanatından sonra verilib.
Bu addım regional narahatlıqları artırıb və Qazaxıstanın həyati obyektlərdə sayıqlığını artırmasına səbəb olub.
Rusiya ilə qonşu ölkə olan Qazaxıstan Rusiya və Ukrayna arasındakı müharibəyə ehtiyatla yanaşıb, sülh danışıqları və diplomatik həll yolunun tərəfdarı olub.
Bununla belə, regionda təhlükələr artdıqca, Qazaxıstan hökuməti öz sabitliyini və təhlükəsizliyini qorumağa hazır olduğunu vurğulayır.
Sevinc Əliyeva
Ordu.az