“Hizbullah” İsrailin Hayfa limanı yaxınlığındakı hərbi-dəniz bazasına hücum edib

2024/11/1732509822.jpg
Oxunub: 338     23:26     24 Noyabr 2024    
Livan təşkilatı “Hizbullah” Hayfa liman şəhərinin şimal-qərbində yerləşən İsrailin Stella Maris hərbi-dəniz bazasına kütləvi raket zərbəsi endirib.

Ordu.az xəbər verir ki, bu barədə təşkilatın teleqram kanalında yerləşdirilən bəyanatda bildirilib.

Qeyd olunur ki, əməliyyat “Qəzza zolağında Fələstin xalqının sarsılmazlığını dəstəkləmək”, həmçinin “Livanı İsrail təcavüzündən qorumaq” məqsədilə həyata keçirilib.

Daha əvvəl “Hizbullah” dəstələri ilk dəfə olaraq Aşdoddakı hərbi-dəniz bazasına pilotsuz uçuş aparatları ilə zərbə endirib. Təşkilat dronların “hədəfləri dəqiq vurduğunu” iddia edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail   Hayfa-limanı  


Bizi "telegram"da izləyin