Fransa XİN: Ukrayna Rusiya ərazisinə zərbələr üçün uzaqmənzilli raketlərdən istifadə edə bilər

2024/11/1732380109.jpg
Oxunub: 858     20:29     23 Noyabr 2024    
Paris Ukrayna əsgərlərinə özünümüdafiə məqsədi ilə Rusiya ərazisinə zərbələr endirmək üçün Fransanın uzaqmənzilli raketlərindən istifadə etmək hüququ verib.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan Noel Barro “BBC“yə müsahibəsində deyib.

Xarici işlər naziri həmçinin əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya dəstəyini məhdudlaşdırmamalıdır.

XİN başçısı Ukrayna hərbçilərinin Fransanın uzaqmənzilli raketlərindən artıq istifadə edib-etmədiyinə dair məlumatla bölüşməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin