Avstraliya desant gəmisi layihəsi üçün “Damen Shipyards”a üstünlük verib

2024/11/1732352002.jpg
Oxunub: 539     11:28     25 Noyabr 2024    
Avstraliya hökuməti milli müdafiənin gücləndirilməsinə yönəlmiş yeni proqram çərçivəsində Avstraliya Müdafiə Qüvvələrinin ağır desant gəmisi üçün Niderlandın “Damen Shipyards” şirkəti tərəfindən hazırlanan LST100 dizaynını seçib.

Ordu.az xəbər verir ki, yeni gəmi dizaynı Avstraliya ordusunun sahilyanı manevrlərə və uzun mənzilli zərbə imkanlarına diqqətini cəmləməsinə imkan verəcək transformasiyasının növbəti mərhələsi kimi qəbul edilir.

“Damen Shipyards”ın LST100 gəmisi sahil əməliyyatlarında quru və dəniz hücumu imkanlarını dəstəkləmək üçün nəzərdə tutulub.

8 gəmidən ibarət park Qərbi Avstraliyadakı “Henderson” Gəmiqayırma Zavodunda yerli istehsalçı “Austal” tərəfindən inşa ediləcək.

Uzunluğu 100 metr, eni 16 metr olan bu gəmilərin subasımı qabiliyyəti 3900 tondur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Damen-Shipyards  


Bizi "telegram"da izləyin