Ordu.az xəbər verir ki, Fransa Silahlanma Baş Müdirliyi Atom Enerjisi və Alternativ Enerji Komissiyası ilə əməkdaşlıq edərək, Fransa Hərbi Dəniz Qüvvələrinin (HDQ) köhnə “Rubis” sinfinə məxsus nüvə hücum sualtı qayıqlarını “Barracuda” proqramı çərçivəsində 6 “Suffren” sinfinə məxsus gəmidən ibarət park ilə əvəz edib.
“Tourville” ilk dəfə 2023-cü ilin iyulunda suya buraxılıb, Fransa HDQ-yə təhvil verilməzdən əvvəl texniki və əməliyyat imkanlarını yoxlamaq üçün bir illik dəniz sınaqlarından keçib.
“Suffren” adlı ilk sualtı qayıq 2020-ci ildə Fransa HDQ-yə təhvil verilib. İkinci nüvə hücum sualtı qayığı “Duguay-Trouin” 2023-cü ildə təhvil verilib.
Sevinc Əliyeva
Ordu.az