Ordu.az-ın məlumatına görə, Türkiyə Quru Qoşunları Komandanlığının ehtiyaclarını qarşılamaq üçün Müdafiə Sənayesi Komitəsinin təşəbbüsü ilə başladılan və “Kalekalıp”ın əsas podratçılığı altında həyata keçirilən 5,56 mm-lik Yüngül Pulemyot və Onun Komponentləri Layihəsi çərçivəsində ilk partiya qəbulu sınaqları tamamlanıb.
Qəbul çərçivəsində 50.000 atış Etibarlılıq və Davamlılıq Sınağı da daxil olmaqla, beynəlxalq standartlarda həyata keçirilən bütün sınaqlar uğurla tamamlanıb. Sözügedən tədarüklər Türkiyə Silahlı Qüvvələrinin inventarına əlavə edilən ilk yerli və milli 5,56 mm-lik keyfiyyətli pulemyot olması baxımından əhəmiyyətlidir.
Sahədə həm hərəkətlilik, həm də güclü atəş dəstəyi təmin edən və yüngül patrondaş sepi ilə doldurulan quruluşu ilə asan döyüş sursatı doldurulmasını təmin edən bu silah həm açıq sahədə, həm də yaşayış yerində aparılan əməliyyatlarda kritik həll ortağı olaraq hazırlanıb.
5,56 mm x 45 NATO/Yüngül Pulemyot
KMG556 Yüngül Pulemyotu 5,56×45 mm-lik sursatları standartlaşdıran ordularda ən vacib komanda silahlarından biri olan yüngül pulemyotun ilk yerli istehsal nümunəsidir. “Kalekalıp” tərəfindən böyük qayğı ilə istehsal olunan KMG556 Xüsusi Təyinatlı Qüvvələrin ehtiyaclarına uyğun olaraq istehsal olunmağa başlayıb. Uzun qaz porşenli açıq mexanizmlə işləyən tüfəngin fərqli lülə variantları var idi. Çəkisi 7,8 kq olan tüfəng dəqiqədə təxminən 800-900 mərmi atır. Effektiv mənzil nöqtə hədəfləri üçün 600 metr, ərazi hədəfləri üçün isə 800 metrdir.
KMG556 15.000 atışa zəmanət verən 3 fərqli lülə uzunluğu seçiminə malikdir: 18 düym, 16 düym və 13 düym. Soyuq döymə polad üsulu ilə istehsal olunur, daxili və xarici örtükləri də “Kalekalıp” tərəfindən hazırlanır. Bir çox pulemyot kimi, KMG556 lüləsi də tez dəyişdirilə bilən bir quruluşa malikdir. Bununla belə, məlumdur ki, KMG556-nın lüləsini dəyişdirmək digər avtomatlarla müqayisədə bir az daha praktikdir. 5,56 mm-lik Yüngül Pulemyot tez dəyişdirilə bilən lüləsi, teleskopik qundağı, tənzimlənən yanaq dayağı (qundağın üzərində yerləşən və nişan alarkən, yanağı söykəmək üçün nəzərdə tutulan hissə), iki əllə istifadə imkanı, 7,8 kq çəki, dəqiqədə 750-950 atış tutumu kimi xüsusiyyətləri ilə seçilir.
Vacib xüsusiyyətlər
Avropanın böyük silah şirkətləri ilə rəqabət aparan yüksək keyfiyyətli və diqqətli istehsal,
50.000 atış zəmanəti olan silah gövdəsi,
15.000 atış zəmanəti olan silah lüləsi
Atış zamanı sürüşməyən yastıqcıqlı və yanaq dəstəkli qundaq,
“Minimi/M249” ilə uyğun patrondaş sepi yuvası (bu sayədə Türkiyə ordusunun inventarında olan köhnə patrondaş sepləri KMG556 ilə də istifadə oluna bilər və zəruri hallarda əlavə logistika yükü aradan qaldırılır, çünki təchizat daha asan olacaq).
Dəyanət Ağalarlı
Ordu.az