Lakin bu müddət ərzində Fransa ilə Azərbaycan arasında münasibətlər nəinki əvvəlki kimi qalmadı, hətta kəskinləşərək, münaqişəyə çevrildi. Bu o deməkdir ki, Fransa prezidenti artıq Ermənistana səfərini Azərbaycana mümkün səfərlə əlaqələndirə bilməz, yəni paritet səfər gözləyə bilməz. Digər tərəfdən isə yeni “intriqa” ola bilər. Yəni Makron Ermənistan və Gürcüstana səfər edəcəkmi? Yeri gəlmişkən, xatırlamaq yerinə düşər ki, hələ yayda Gürcüstanın hakim qüvvəsi xarici agentlər haqqında qanunu qəbul edəndə, Gürcüstan prezidenti Salome Zurabişvili məhz Makrona müraciət edib.
Fransa XİN-in keçmiş əməkdaşı olan Zurabişvili Fransa prezidentinə müraciət edib və onu gəlib, Gürcüstan demokratiyasını qorumağa çağırıb. Gürcüstan indi oktyabrda gözlənilən parlament seçkiləri ərəfəsində həlledici seçkiqabağı mərhələyə qədəm qoyur. Makron gürcü müxalifət qüvvələrini dəstəkləyərək, Ermənistan və Gürcüstana səfər edə bilərmi?
Lakin təsəvvür etmək çətindir ki, Fransa prezidenti Gürcüstana həmin ölkənin hökumətinə tam əks gündəmlə gələ bilər. Əlbəttə, Ermənistan üçün vacibdir ki, Fransa prezidenti İrəvana gəlsə, hansı gündəmlə gələcək, səfər sadəcə deklarativ dəstək aktı olacaq, yoxsa Ermənistan-Fransa münasibətlərinin çoxşaxəli genişləndirilməsi baxımından substantiv razılaşmalar olacaq?
Təbii ki, Fransa prezidentinin mütləq Ermənistana gəlib-gəlməyəcəyi hələ sual altındadır. Çünki bir tərəfdən Fransanın xarici işlər naziri Stefan Sejurnenin səfərini Makronun səfərinin hazırlanması kontekstində görmək olar, digər tərəfdən də Sejurnenin planlaşdırılan 21 sentyabr tarixindən niyə bir həftə tez səfər etdiyi sualı maraqlıdır. Bu o deməkdirmi ki, suallar yaranıb və Fransa prezidentinin gəlib-gəlməyəcəyi, yoxsa tərəflərin xarici işlər nazirinin səfəri ilə kifayətlənəcəyi bu sualların həllindən asılıdır.
Üstəlik, Fransanın yeni hökumətin formalaşdırılması mərhələsinə qədəm qoyması diqqətəlayiqdir. Makron növbədənkənar parlament seçkilərindən iki ay sonra karyerası ərzində həm də Fransanın xarici işlər naziri olmuş 73 yaşlı Mişel Barnyeni yeni Baş nazir təyin edib. Barnye sağçı mühafizəkardır, “Birləşmiş Dəstək” respublikaçı partiyasının nümayəndəsidir. Yeni hökumətin formalaşmasının bu halı Fransa prezidentinin indiki mərhələdə Ermənistana səfər edib-etməyəcəyini də sual altına qoyur.
Makron yeni Baş naziri milli birlik gətirən hökumət qurmağa çağırıb. Fransada növbədənkənar seçkilərdən sonra da daxili siyasi vəziyyət mürəkkəbdir, seçkilərdə solçular qələbə qazanıblar, lakin onlar bir nəfərlik hökumət qura bilmirlər, mərkəzdə olan Makron isə sağçılarla əməkdaşlıq edir, bəlkə də səbəb budur ki, solçuların qələbəsinə baxmayaraq, ölkədə sağçı əhval-ruhiyyələri kifayət qədər nəzərəçarpacaq artım tendensiyasına malikdir.
Asif Cəfərov
Ordu.az