İƏT beynəlxalq ictimaiyyəti İsrailin hücumlarını dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb

2024/06/1719378629.jpg
Oxunub: 156     08:29     26 İyun 2024    
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) beynəlxalq ictimaiyyəti İsrailin Qəzza zolağına aylardır davam edən hücumlarını dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Mərakeş Bəyannaməsi” Türkiyənin də iştirak etdiyi İƏT Ombudsmanlar Birliyinin Qəzza üzrə Mərakeşdə keçirilən 11-ci İdarə Heyətinin toplantısından sonra dərc edilib.

Bəyanatda İsrail qüvvələrinin Qəzza zolağında Fələstin xalqına qarşı törətdiyi dəhşətli hərəkətlər pislənilib və bunun beynəlxalq insan haqları qanun və konvensiyalarının pozulması demək olduğu bildirilib.

Təşkilat bütün beynəlxalq ictimaiyyəti, o cümlədən İƏT-ə üzv dövlətləri, eləcə də qlobal təşkilatları İsrailin fəaliyyətini dayandırması və fələstinlilərə qarşı atdığı addımlarda beynəlxalq qanun və normalara riayət etməsi üçün təcili və qəti addımlar atmağa səsləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İƏT   Qəzza   Türkiyə  


Bizi "telegram"da izləyin