“Bayraktar TB3”dən bir ilk - 36.310 fut yüksəklik

2024/06/1719378083.jpg
Oxunub: 245     02:53     26 İyun 2024    
“Baykar” tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) “Bayraktar TB3”ün sınaq prosesi uğurla davam edir.

Ordu.az xəbər verir ki, 2023-cü il oktyabrın 27-də ilk uçuşunu Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibəti ilə həyata keçirdikdən sonra müxtəlif hündürlüklərdə sistem identifikasiyası və performans sınaqlarını uğurla davam etdirən milli zərbə PUA-sı uğurunu bir addım da irəli apararaq, ən yüksək hündürlüyə çatıb.

“Bayraktar TB3” zərbə PUA-sı Ədirnənin Keşan ilçəsindəki “Baykar” Uçuş Təlim və Sınaq Mərkəzində həyata keçirilən uçuş zamanı 36.310 fut yüksəkliyə çatdığı Yüksək Hündürlük Sistemi Performans Sınağını müvəffəqiyyətlə tamamlayıb.

Yerli olaraq inkişaf etdirilən PD-170 mühərriki ilə havaya qalxan milli zərbə PUA-sı beləliklə daha bir kritik həddi keçib.

Türkiyənin milli aviasiya tarixindəki hündürlük rekordu 45 min 118 fut ilə milli və orijinal olaraq “Baykar” tərəfindən inkişaf etdirilən “Bayraktar Akıncı” zərbə PUA-sına aiddir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB3   Rekord  


Bizi "telegram"da izləyin