Aleksey Overçuk: "Gürcüstan Rusiyaya təhdidlər üçün tramplin kimi istifadə olunmaq istəmir"

2021/09/overc-1632121557.jpg
Oxunub: 137     23:23     25 İyun 2024    
Gürcüstan Rusiyaya təhdidlər üçün tramplin kimi istifadə olunmaq istəmir.

Ordu.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Overçuk qeyd edib ki, bu tendensiya Moskva ilə Tbilisi arasında ticarət-iqtisadi əlaqələrin, xüsusən turizm sahəsində əlaqələrin artmasına yaxşı təsir göstərir: "Gürcüstana baxsanız görərsiniz ki, onlar getdikcə daha çox özlərini qonşuları ilə sülh şəraitində yaşamağa çalışan müstəqil suveren dövlət kimi aparırlar. Onlar Rusiya Federasiyasına qarşı təhdidlər üçün tramplin kimi istifadə olunmaq istəmirlər", - o, əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Rusiya  


Bizi "telegram"da izləyin