Keniyada parlament binasına hücumda 3 nəfər ölüb, Obamanın bacısı yaralanıb - YENİLƏNİB

2020/01/kenya-1578391651.jpg
Oxunub: 253     16:45     25 İyun 2024    
ABŞ-nin keçmiş prezidenti Barak Obamanın bacısı Keniyada keçirilən etiraz aksiyaları zamanı gözyaşardıcı qazın tətbiq olunması zamanı xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə onun özü CNN telekanalında məlumat verib.

***

Keniyada parlament binasına girmək istəyən üç etirazçı polis tərəfindən güllələnib.

Ordu.az xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, etirazçılar polis avtomobilini yandırıblar. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Məlumata görə, etirazlara səbəb vergi artımıdır.

Bildirilib ki, zərərçəkənlərin sayı azı 200 nəfərdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keniya   Hücum  


Bizi "telegram"da izləyin