ABŞ Müdafiə İnnovasiyaları Agentliyi Qırmızı dənizdə PUA hücumlarına qarşı çıxacaq sistemlər axtarır

2024/06/İHA-1719302492.jpg
Oxunub: 154     12:23     26 İyun 2024    
İranın dəstəklədiyi Husi qiyamçı qrupları Qırmızı dənizdəki gəmiləri hədəfə almaq üçün Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə etməyə davam edərkən, ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) və Müdafiə İnnovasiyaları Agentliyi (DIU) PUA-ları zərərsizləşdirə və ya vura bilən antidron sisteminin prototipini hazırlamaq üçün əməkdaşlıq qurur.

Ordu.az xəbər verir ki, DIU verdiyi açıqlamada HDQ-nin düşmənin bu cür PUA hücumlarına qarşı müdafiə platformalarına asanlıqla inteqrasiya oluna biləcək sistem axtarışında olduğunu bildirib.

“Counter NEXT” olaraq adlandırılan proqram prototipləri tez bir zamanda sınaqdan keçirməyi və bütün dünya üzrə gəmilərdə sahəyə təqdim etməyi hədəfləyir.

“Həllərin sürətlə bütün dünyada tətbiqi, müxtəlif dəniz platformaları ilə inteqrasiyası və dəniz platformasında mövcud sensorlara asanlıqla inteqrasiya olunma qabiliyyətini nümayiş etdirməsi gözlənilir”, - deyə açıqlamada vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin