NATO nüvə başlıqlarının sayını artırmaq niyyətində deyil

2024/06/1718687635.jpg
Oxunub: 315     05:19     18 İyun 2024    
NATO nüvə başlıqlarının sayını artırmır, daşıyıcı təyyarələrin modernləşdirilməsi ilə məşğuldur.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Cozef Baydenlə görüşdən sonra jurnalistlərə bildirib.

"Nüvə başlıqlarının sayını artırmaq üçün heç bir plan yoxdur, biz köhnəlmiş təyyarələri (F-16 - red.) yeni beşinci nəsil təyyarələrlə (F- 35-red.) əvəz etməklə daşıyıcı təyyarələri təkmilləşdiririk və ABŞ onların yerləşdirdiyi silahları modernlləşdirir", - Stoltenberq deyib.

"NATO on illərdir nüvə ehtiva edən komponentə sahibdir, bu yeni bir şey deyil. Buna görə də onu modernləşdirməyimizdə yeni bir şey yoxdur", - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Nüvə-başlıqları  


Bizi "telegram"da izləyin