ABŞ İsrailə silah tədarükünə qoyulan məhdudiyyətləri tezliklə aradan qaldıracaq

2024/06/1718687426.jpg
Oxunub: 274     03:57     18 İyun 2024    
ABŞ yaxın vaxtlarda İsrailə silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “Bild” nəşri İsrail hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkendən İsrailə silah tədarükünü bərpa etməyi xahiş edib.

Bundan əlavə, Netanyahu onların həcminin artırılmasının vacibliyini bəyan edib.

“Blinken artıq açıq şəkildə bildirib ki, ABŞ yaxın günlərdə məhdudiyyətləri aradan qaldıracaq və İsrailə yeni silah sistemləri tədarük edəcək”, - “Bild” vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   Silah  


Bizi "telegram"da izləyin