Blinken Səudiyyə Ərəbistanının XİN başçısı ilə Qəzzada vəziyyəti müzakirə edib

2024/05/1716874237.jpg
Oxunub: 262     03:01     18 İyun 2024    
ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb, onlar Qəzza zolağında vəziyyətin nizamlanması üzrə fəaliyyətin koordinasiyasını müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"Dövlət katibi və xarici işlər naziri Qəzzada sabit atəşkəsə nail olmaq, bütün girovların azad edilməsini təmin etmək və Qəzzada humanitar yardımın həcmini artırmaq, habelə münaqişədən sonrakı dövrdə fəaliyyətin əlaqələndirilməsi üçün hazırkı səyləri müzakirə ediblər", - o deyib.

Miller qeyd edib ki, Blinken BMT strukturlarının əməkdaşlarının yəmənli husi üsyançıları tərəfindən tutulmasından və Qırmızı dənizdəki gəmilərə davamlı hücumlardan narahatlığını ifadə edib.

Tərəflər Sudanda hərbi əməliyyatların dayandırılması üçün kollektiv tədbirlərin görülməsinin zəruriliyini də müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Səudiyyə-Ərəbistan  


Bizi "telegram"da izləyin