Bundan əvvəl o, erməni ictimaiyyətinə Ermənistanın təhlükəsizliyinin və rifahının mənbəyi kimi Avropa İttifaqı haqqında saxta təsəvvürlər aşılayan açıq-aşkar anti-Rusiya fəaliyyətini avropalı müşahidəçilərə aid edib. O, Aİ-nin müşahidə missiyasının şəffaf və hesabatlı olmadığını vurğulayıb. Qaluzin əsas fikri səsləndirib: “Əgər biz uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsindən danışsaq, o zaman Qərbin regionun hərbiləşdirilməsi, NATO və Aİ-nin orada siyasi təsirinin genişləndirilməsi planları buna uyğun gəlmir”.
Rusiya xarici işlər nazirinin müavininin sözlərinə görə, qeyd olunan məqsədlərin həyata keçirilməsinə Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin işçi qrupu vasitəsilə baş verəcək kommunikasiyaların blokdan çıxarılması ilə nail olmaq olar. O bu qrupun fəaliyyətini tez bərpa etməyə çağırıb. Rusiya xarici işlər nazirinin müavininin bu bəyanatı Rusiya Təhlükəsizlik Şurasının MDB ölkələri ilə münasibətlərin yeni mərhələsinə həsr olunmuş iclasından sonra və sərhəd təhlükəsizliyi və demarkasiya məsələləri üzrə Ermənistan-Azərbaycan komissiyalarının iş qaydasının razılaşdırılmasından əvvəl verilib.
Ermənistanda baş verən aksiya fonunda müəyyən ləngimələrin yarandığı məlumdur, həmçinin aksiya iştirakçılarının tələblərinə baxsaq, ortaya belə bir mənzərə ortaya çıxacaq: Ermənistanın radikal qüvvələri Azərbaycanla sərhəd təhlükəsizliyi və demarkasiya üzrə komissiyaların əldə etdiyi razılaşmadan imtina etmək niyyətindədir. Bəs onlar 10 noyabr sənədinin 9-cu bəndinin Moskvanın şərh etdiyi kimi yerinə yetirilməli olduğunda israr etməsinə necə reaksiya verəcəklər?
Yəni, Zəngəzur dəhliznə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd mühafizə qüvvələri tərəfindən nəzarət olunmalıdır. Qaluzin Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının olmasını Ermənistan tərəfindən bu öhdəliyin yerinə yetirilməməsinin qarantiyası kimi qiymətləndirir. Rusiya FTX-nin direktoru vəzifəsinə yenidən təyin olunan Aleksandr Bortnikov kifayət qədər açıq bəyanatla çıxış edərək bildirib ki, Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan “ayırıcı xətti”ni tərk edirlər.
Bu, birmənalı olaraq rəsmi şəkildə qeyd olunan “şərti sərhəd”in təsviri ilə əlaqələndirilən hərbi sözdür. Moskvanın əslində İranı da Aİ-nin müşahidə missiyasına qarşı diplomatik müqavimətə cəlb etməyə çalışması da diqqətəlayiqdir. İranın Ali Rəhbəri Seyid Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu yaxınlarda bildirib ki, Cənubi Qafqazda Rusiyanın təsirinin zəifləməsi ilə əlaqədar olaraq onun ölkəsi “bölgədə Türkiyə üçün əlverişli dəhlizin güc yolu ilə açılmasına imkan verməyən yeganə ölkədir”.
Moskva sanki Qaluzin səviyyəsində qarşı çıxır ki, onun təsiri zəifləsə belə, bunu bərpa etməyə, yenidən təsdiqləməyə və daha güclü mövqelər tutmağa hazırdır. Əslində konkret olaraq bu, Tehranın Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiya-Türkiyə-Azərbaycan razılaşmasına qoşulması üçün edilmiş dəvətdir.
Firuz Bağırov
Ordu.az