Putin ABŞ-yə MDB-nin yenidən qurulması hüququnu tanımağı təklif edə bilər? – ANALİZ

2024/05/1715855924.jpg
Oxunub: 348     21:59     16 May 2024    
Rusiyanın rəsmi KİV-ləri Vladimir Putinin Təhlükəsizlik Şurasının iclasını çağırdığını, iclasın əsas məsələsinin Rusiya Federasiyası ilə postsovet məkanında formalaşmış müstəqil dövlətlər arasında münasibətlər olduğunu yazıb.

Rəsmi açıqlamaya görə, Rusiya prezidenti bu ölkələrlə münasibətlərə böyük diqqət yetirilməli olduğunu bildirib. O, maliyyə naziriylə məsələ ilə bağlı müzakirələr apardığını və Rusiyanın bu yeni dövründə təşkilati iş də daxil olmaqla, bu işin necə qurulmalı olduğu barədə danışıb. Maraqlıdır ki, Təhlükəsizlik Şurasının iclasında keçmiş katib Nikolay Patruşev də iştirak edib.

Patruşevin Rusiya ilə postsovet məkanı ölkələri arasında münasibətlər məsələsinin müzakirə olunduğu Təhlükəsizlik Şurasının sessiyasında iştirakı onun Putinin köməkçisi kimi yeni təyinatının MDB-nin “təşkili” və ya restrukturizasiyası ilə bağlı olduğunu deməyə əsas verir. İki hal diqqət tələb edir: Kremlin rəsmi bəyanatında söhbət Rusiyadan asılı olmayan dövlətlərdən yox, Rusiya ilə “postsovet məkanında formalaşmış müstəqil dövlətlər”in münasibətlərindən, özü də Rusiyanın “yeni siyasi dövrü”ndə münasibətlərdən gedir.

İfadələr diplomatik cəhətdən incə və kifayət qədər kontekstlidir. İkincisi odur ki, mövzu maliyyə naziri ilə müzakirə olunub, poblem isə “təşkilati iş də daxil olmaqla, işin təşkili”dir. Görünür, söhbət Rusiya ilə “postsovet ərazisində formalaşmış müstəqil dövlətlər” arasında münasibətləri koordinasiya edən departament orqanı və ya hətta xüsusi strukturdan gedir. Onun yaradılması və fəaliyyəti üçün sözsüz ki, əlavə büdcə ayırmaları tələb olunur.

Rusiya qanunverici orqanının hər iki palatasında MDB ölkələri və həmvətənlərlə, yəni həmin ölkələrdəki rus və ya rusdilli əhali ilə əlaqələr komitəsi var. Görünür, parlament diplomatiyası və sivil “yumşaq güc”ün tətbiqi siyasəti əhəmiyyətli nəticə verməyib və ya hazırlıq mərhələsi keçib, “daşları yığmaq” zamanı gəlib. Rusiya mətbuatında Patruşevin keçmiş prezident Medvedevin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının sədr müavini təyin oluna biləcəyinə dair eyhamlar var idi.

Mümkündür ki, formal olaraq, Patruşev yeni təyinatı ilə Medvedevi əvəz edəcək, kadr və digər yardımçı xidmətlərlə yanaşı, MDB-nin “yenidən qurulması” səlahiyyətlərini alacaq. “RİA Novosti” bildirir ki, Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə yenidən təyin olunan Narışkin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Börnslə görüşəcəyini istisna etməyib. Şərhçilərdən birinin sözlərinə görə, bu statuslu məmurun çıxışında “istisna etmirəm” “hazıram” deməkdir. Bu, qarşı tərəfdən gələn müsbət siqnal halında deyilir.

Moskvanın Vaşinqtona hansı mesajı var? Putin ABŞ-yə MDB-nin yenidən qurulması hüququnu tanımağı təklif edə bilərmi? Onun belə bir yol elan etdiyi isə açıq-aydın görünür. Nəticə etibarilə MDB-nin formalaşmasının fundamental sənədlərində Moskva ən azından təhlükəsizlik və risklərin idarə edilməsi baxımından strukturun “özəyi” kimi tanınır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   ABŞ   MDB  


Bizi "telegram"da izləyin