Bayden-Ərdoğan görüşünün baş tutmaması Putinin Türkiyə səfərini tezləşdirir? – BAXIŞ BUCAĞI

2024/04/1714460320.jpg
Oxunub: 658     11:21     30 Aprel 2024    
“Reuters” türk rəsmiyə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ Prezidenti Co Baydenin qonağı olmalı olduğu Vaşinqtona getməyəcək.

“Hürriyet”in mənbələrinə görə, Ərdoğan HƏMAS-ın siyasi qanadının lideri İsmayıl Haniyə ilə görüşdüyü üçün İsrail Ərdoğanın ABŞ səfərinə mane olub. Göründüyü kimi, Ağ Evin qərarı Ərdoğan üçün böyük sürprizdir. “Milliyet” İstanbulda keçirilən “Qüds Parlament Platforması” konfransında onun etdiyi çıxışın əsas tezislərini çatdırıb.

Ərdoğan ABŞ və Avropa ölkələrinin səlahiyyətlilərinə son dərəcə sərt qiymətləndirmələr səsləndirərək, onları “sionizmin xidmətçiləri” adlandırıb. “Biz İsraillə ticarət əlaqələrimizi kəsmişik”, - deyə Türkiyə Prezidenti bildirib və əlavə edib ki, Ankara Fələstinin BMT-yə üzvlüyünə ABŞ-nin veto qoymasının qanuniliyini qəbul etmir və bu, Təhlükəsizlik Şurasına üzv olan digər dövlətlərin fikirlərinə məhəl qoymur.

O, İslam dünyasını əmin edib ki, Qüdsün sivilizasiya kimliyinin bərpası Türkiyənin müqəddəs vəzifəsidir. Ərdoğan hətta ABŞ-ni təhdid edib ki, o, “Kürecik” Radar Bazasının alyansımızın maraqlarından irəli gəlməyən məqsədlərə xidmət göstərməsinə icazə verməyəcək. Bu, birbaşa işarədir ki, İsrailə qarşı hava hücumu olarsa, “Kürecik” Radar Bazası onu müdafiə etməyəcək.

Ərdoğan Vaşinqtondan hansı siqnalı alıb? Şərhçilər onun ABŞ səfərinin əsas məqsədinin İraq və Suriyada yeni hərbi əməliyyatlarla bağlı ABŞ ilə razılığa gəlmək olduğunu bildiriblər. Səfər baş tutmayacaq və bu, ABŞ tərəfinin Yaxın Şərqdə yeni eskalasiyaya razı olmadığını deməyə əsas verir.

Buna uyğun olaraq, çox güman ki, HƏMAS lideri Haniyə ilə görüş Moskvanın leyhinə olan addımlardır. Ərdoğan ilin əvvəlindən ən azı iki dəfə açıq şəkildə Vladimir Putini gözlədiyini deyib, lakin Moskva ara verməyi seçib. Bayden-Ərdoğan danışıqlarının ləğvi Putinin Ankara səfərinə zəmin yaradıbmı? Türkiyə Prezidentinin İraq və Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq planı Moskva tərəfindən təsdiqlənəcəkmi?

Bəs İran? İran Prezidenti bu həftə İslamabada səfər edib. Pakistan Türkiyənin strateji müttəfiqidir, Azərbaycanla da sıx əlaqələrə sahibdir. Görünür, Türkiyənin Yaxın Şərqdəki liderliyi ABŞ və kollektiv Qərb tərəfindən düzgün başa düşülmür. Cənubi Qafqaza da şamil olunacaq Rusiya-Türkiyə-İran razılaşması ola bilərmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Ərdoğan   Putin   Türkiyə  


Bizi "telegram"da izləyin