Fransız səfir müdafiə sektorunda başlayan əməkdaşlığa diqqət çəkib. Təbii ki, fransız səfirin bütün manipulyasiyalarına baxmayaraq, bu əməkdaşlığın xarakteri və miqyası bu gün Ermənistanın davamlı özünümüdafiə imkanları üçün heç də tələb olunan səviyyədə deyil. Rəsmi İrəvanın fikrincə, bunun bir proses və zaman tələb edən problem olması da başa düşüləndir.
Lakin xatıqladaq ki, təkcə vaxt deyil, həm də logistika tələb olunur. Dərin və geniş əhatəli, sabit müdafiə əməkdaşlığı adekvat və sabit logistika tələb edir. Bunsuz məsuliyyəti həyata keçirmək mümkün deyil, bunu müzakirə etmək lazımsızdır. Ona görə də Ermənistan-Fransa müdafiə əməkdaşlığının Gürcüstan və İran olmaqla, iki həssas logistik kanalının olduğunu nəzərə alsaq, İrəvanın bununla bağlı başqa hansı həll yolları axtarıb-axtarmadığına baxmalıyıq.
Ermənilərə görə, İran məsələsində variant daha nəzəridir, çünki bu, həm siyasi, həm də nəqliyyat baxımından ən uzun və mürəkkəb yoldur. Amma iki halı nəzərə alsaq, Gürcüstan da heç də az mürəkkəb deyil. Birinci hal Gürcüstanın özü və Türkiyə ilə Azərbaycanın həmin ölkəyə sıx əməkdaşlıq çərçivəsindən yanaşması, ikinci hal isə Qara dənizdir. Burada da mürəkkəb problemlər mövcuddur və əslində Qara dəniz hövzəsinin status-kvosu üçün həlledici qarşıdurma yaranır.
Üstəlik, Fransa da nəzərəçarpacaq dərəcədə buna hazırlaşır, bunu Makronun Ukrayna, xüsusən də Odessa ilə bağlı bəyanatları və Moldova istiqamətində atılan addımlar sübut edir. Fransa bu problemlərin yaratdığı geosiyasi çətinliklərlə yanaşı logistik problemləri həll edə bilməyəcək. Ermənistan-Fransa müdafiə əməkdaşlığı ilə bağlı “təbliğat şarı” əsasən burada partlayır.
Yeri gəlmişkən, ötən gün Fransa və Rusiya müdafiə nazirlərinin telefon danışığında bu məsələlərin müzakirəsini gözləmək sadəlövhlükdür. Telefon danışığı əslində çox uzun bir fasilədən sonra belə hərbi-siyasi səviyyədə ilk Fransa-Rusiya təması və ya ən azından ictimailəşdirilmiş təmasdır. Üstəlik, ümumilikdə bu, Qərb aktorları arasında çox uzun fasilədən sonra Rusiya ilə ilk təmasdır.
Bunun Parisdəki Makron-Blinken görüşündən sonra baş verməsi diqqətəlayiq bir detaldır. Daha öncə bildirdiyimiz kimi, Qara dəniz reallıqlarını və Gürcüstan halını nəzərə alaraq, Fransa ilə Rusiya arasında birgə işin maraqlarında müəyyən ümumilik var. Tərəflər bunun ətrafında işləyə biləcəklər, ya yox, bu, sualın digər tərəfidir. Digər tərəfdən, Gürcüstandan fərqli olaraq, Rusiyanın arxasından iş çevirən Ermənistanın hansısa məsələsinin və ya əslində Moskvaya tuşlanacaq silahların ötürülmə mexanizmlərinin müzakirə edilməsi absurddur.
Firuz Bağırov
Ordu.az