Avstriya nümayəndə heyəti Ağdam şəhərində olub - FOTOLAR

2024/03/65e71-1709646809.jpg
Oxunub: 176     17:34     05 Mart 2024    
Xəbər verildiyi kimi, Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a verilən xəbərə görə, səfər çərçivəsində martın 5-də Avstriya nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş Ağdam şəhərində olublar, burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər.

Avstriya nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və digər rəsmi şəxslər müşayiət ediblər.

Səfər zamanı qonaqlar Ağdamda Pənahəli xanın “İmarət” kompleksi, Cümə məscidi, Ağdam Dövlət Dram Teatrının qalıqları və şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar.

Nümayəndə heyətinin üzvlərinə Ermənistanın müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etməsi, bu ərazilərə çoxlu sayda mina basdırması barədə ətraflı məlumat verilib. Onlara bildirilib ki, Ermənistanın işğal etməsinə qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, uçurub və yandırıblar. Erməni vandalları hətta Şəhidlər xiyabanlarını, qəbiristanlıqları da dağıdıblar. Qonaqlara şəhər işğaldan azad olunduqdan sonra burada həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verilib, onlara Ağdamın Baş planı göstərilib.

Sonra qonaqlar Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahında olublar, xüsusi nümayəndə Emin Hüseynovla görüşüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Avstriya   Azərbaycan  


Bizi "telegram"da izləyin