Təsdiq edilmiş 2024-cü ilin fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün Azərbaycan Milli Elmlər Akademiyasına tanışlıq səfəri təşkil olunub.
Bu barədə
Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi attaşelik aparatının nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası (“İsmailiyyə” binası) ilə tanış olublar.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqlara akademiyanın yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib.
Hərbi attaşelər tədbirin təşkilinə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Foto
Teqlər:
Hərbi-attaşelər
AMEA