“Yeni dövrə böyük ümidlərlə!” devizi altında silsilə tədbirlər keçirilib - FOTOLAR

2024/02/deeac-1708442901.jpg
Oxunub: 269     18:13     20 Fevral 2024    
Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki tarixi nitqinin təbliği və qarşıya qoyulan mühüm vəzifələrin şəxsi heyətə çatdırılması məqsədi ilə silsilə tədbirlər keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Yeni dövrə böyük ümidlərlə!" devizi altında tədbirlər çərçivəsində işğaldan azad edilən ərazilərdə dislokasiya olunan, eləcə də digər hərbi hissələrdə hərbi qulluqçularla görüşlər keçirilib, bir-birindən maraqlı vətənpərvərlik tədbirləri ilə şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi üçün onlara mənəvi, hüquqi və mədəni xidmət göstərilib.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbirlərdə çıxış edərək Müzəffər Ali Baş Komandanın andiçmə mərasimində çıxış edərkən Azərbaycan Ordusu haqqında söylədiyi dəyərli fikirləri bir daha şəxsi heyətin nəzərinə çatdırıb, ölkəmizin və ordumuzun həyatında yeni bir dövrün başlandığını bildirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tarixi çıxışı son 20 ildə ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında, ordu quruculuğunda, beynəlxalq aləmdə qazandığı möhtəşəm nailiyyətlərin hesabatı olmaqla yanaşı, həm də xalqımızın, dövlətimizin, o cümlədən ordumuzun qarşısında mühüm vəzifələr qoyub.

Hərbi qulluqçular da öz növbələrində çıxış edərək qarşılarına qoyulan vəzifələrin həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəklərini, göstərilən böyük etimadı bundan sonra da şərəfli xidmətləri ilə doğruldacaqlarını, Ulu Öndər Heydər Əliyevin ideyalarına həmişə sadiq qalaraq Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərini bildiriblər.

Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi hərbi marşlar, vətənpərvərlik mahnıları və Azərbaycan əsgərinin möhtəşəm Zəfərini tərənnüm edən ədəbi, bədii və xoreoqrafik kompozisiyalar alqışlarla qarşılanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Ordu   Tədbir  


Bizi "telegram"da izləyin