Türkiyə Prezidentinin bu mövzuda harada və nə vaxt danışması da önəmlidir. O, bu barədə rəsmi səfərə getdiyi, Yunanıstanın Baş naziri və prezidenti ilə görüşdüyü Yunanıstandan qayıdarkən danışır. Aralıq dənizi regionunda Yunanıstan və Türkiyə arasında kəskin münaqişə dövründə Fransa Yunanıstana hərtərəfli dəstək, o cümlədən hərbi dəstək mövqeyindən çıxış edirdi.
Təbii ki, burada səbəb Parisin Afina vasitəsilə həm mümkün boru kəmərləri və dəniz yolları baxımından, həm də ümumilikdə Avropa təhlükəsizliyinin hərbi-siyasi sistemi mənasında Aralıq dənizi regionunda təsir imkanlarını nəzərdən keçirməsidir. Bütün digər güc mərkəzləri kimi Fransa da Qafqazdakı aktivliyini bu “zəncir” məntiqində nəzərdən keçirir.
Yeri gəlmişkən, bu mənada hələ 2019-cu ildə elan edilmiş Yunanıstan-Ermənistan-Kipr üçtərəfli əməkdaşlıq formatı da diqqətlə nəzərdən keçirilməlidir. Həmin format çərçivəsində xüsusilə xüsusi təyinatlılar üçün hərbi təlimlər də keçirilir. Görünən odur ki, Türkiyə Prezidenti Fransanın Ermənistana münasibətlərini qeyd edərkən, yunan həmkarlarına da xatırlatma edir.
Asif Cəfərov
Ordu.az