Ordu.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərinə cəlb edilən DİN əməkdaşları üzərlərinə düşən vəzifələri şərəflə, ləyaqətlə yerinə yetiriblər:
“Bu gün də xidmətlərini davam etdirirlər. Yadımdadır ki, Şuşa, Xankəndi ətrafında yolsuzluq şəraitində gecə postları yoxlayırdıq. Təhlükə var idi. Çünki separatçıların qalıqları meşələrə, dağlara səpələnmişdilər, təxribatlar törədirdilər. Orada DİN əməkdaşlarının təhlükəyə qarşı necə sipər olduqlarını görürdük. Hər biri orada olmanın, xidmətin qürurunu yaşayırdı. Allah şəhidlərə rəhmət eləsin”.
Ordu.az