Peskov Qarabağla bağlı açıqlamada nəyə işarə edir? – BAXIŞ BUCAĞI

2023/11/2023--1701252813.jpg
Oxunub: 2207     14:12     29 Noyabr 2023    
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-inə açıqlamasında olduqca vacib açıqlama verib və deyib ki, bir sıra Qərb ölkələri Qarabağ ətrafında vəziyyəti qeyri-sabit etməyə çalışırlar.

O, vəzifəsi Rusiya hərbçilərini regiondan uzaqlaşdırmaq, Ermənistan-Rusiya əlaqələrini kəsmək olan bir sıra Qərb xadimlərinin bəyanatları ilə bağlı sualı belə şərh edib. Peskovun bəyanatında vacib olan odur ki, o, Qarabağ ətrafında vəziyyəti qızışdırmaq cəhdlərindən danışır. Bu ifadə siyasi baxımdan qəbul edilən olsa da, daha bir sual yaradır: Qarabağ ətrafında vəziyyət kimlərin arasında qızışmalıdır?

Bəlkə, Moskva İlham Əliyevlə, ola bilsin ki, Ərdoğanla da ermənilərin müəyyən qədər Qarabağa qayıtmasını nəzərdə tutan müzakirələr aparır, bunun əsasında Rusiya sülhməramlılarının Qarabağda olması təmin olunacaq? Bir neçə gün əvvəl Türkiyə parlamenti 10 noyabr üçtərəfli bəyanatına paralel olaraq yaradılmış Rusiya-Türkiyə birgə monitorinq mərkəzi ilə bağlı Türkiyə hərbçilərinin Azərbaycandakı mövcudluğunun uzadılması barədə qərarı təsdiqləyib.

Digər tərəfdən, söhbət bundan gedirsə, ən azından bəyanatlar səviyyəsində Qərb ermənilərin geri qayıtmasına dəstək verir. Müntəzəm olaraq bəyanatlar verilir ki, Azərbaycan geri qaytarmanı təmin etməlidir, şərtlərə zəmanət verməlidir və s. Bəs Moskva heç də ermənilərin Qarabağa qayıdışını nəzərdə tutmayan qalmaq mexanizmlərini müzakirə edirsə, necə?

Bununla yanaşı, təbii olaraq qeyd etmək lazımdır ki, siyasətdə, hətta böyük siyasətdə belə bəyanatlar heç də onların həyata keçirilməsinə yönəlmiş konkret ardıcıl hərəkətlərin olması demək deyil. Söhbət həm də Qərb xadimlərinin və ya strukturlarının bəyanatlarından gedir.

Əlbəttə, başa düşmək olar ki, Qərb dövlətləri üçün məsələ ilk növbədə onların Rusiya ilə geosiyasi mübarizəsi çərçivəsində Azərbaycana təsir vasitəsidir. Burada bəlkə də Rusiyanın narahatlığı var ki, Azərbaycan üçün ən azından “paralel” sövdələşmə xətti, başqa sözlə, alternativ formalaşdırılır. Bu da təbii olaraq Azərbaycan və Türkiyənin mövqelərini Rusiya üçün bahalaşdıra bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Qarabağ   Analiz  


Bizi "telegram"da izləyin